20 Sentyabr 2024 01:32

Ali məktəblərə qəbulun keçid balları enəcək? – VİDEO

Azadsöz.az xəbər verir ki, ali məktəblərə qəbul zamanı bəzi ixtisaslar üzrə keçid ballarının enəcəyi gözlənilir.

Bu haqda Xezerxeber.az-a təhsil məsələləri üzrə mütəxəssis Vüsal Kərimli bildirib.

Onun sözlərinə görə, bu il bəzi ixtisaslar üzrə plan yerlərinin artırılması nəzərdə tutulub. Bu da keçid ballarına təsirsiz ötüşməyəcək. Yeni universitetlərin və ya filialların açılması da öz növbəsində balların enməsinə səbəb ola bilər.

Vüsal Kərimli qeyd edib ki, balların enməsinə səbəb ola biləcək digər amil isə tələbə sayı ilə bağlı qarşıya qoyulan hədəfdir. Çünki 2026-cı ilə qədər hədəflənən rəqəmə çatmaq üçün tələbə sayı xeyli artırılmalıdır.

Təhsil üzrə mütəxəssis vurğulayıb ki, plan yerlərinin hansı ixtisaslarda artırılacağı hələlik dəqiq bilinmir. Bu səbəbdən də keçid ballarının hansı ixtisaslarda və nə qədər enəcəyi də məlum deyil.

kacakbahissitesi.net guvenilirkacakbahis.com">guvenilirkacakbahis.com