Azadsöz.az xəbər verir ki, Azərbaycan aviaşirkətləri 2023-cü ildə Naxçıvana və Naxçıvandan uçuşlar üçün Ermənistana təxminən 90 min avro ödəyib.
Bu barədə Ermənistanın Mülki Aviasiya Komitəsi məlumat yayıb.
“2023-cü ildə Ermənistanın hava məkanında Azərbaycan aviaşirkətlərinin aeronaviqasiya xidmətlərinin göstərilməsi üzrə hesablanmış gəlir 90 018 avro təşkil edib”, – deyə məlumatda qeyd olunub.