“Ən vacibi Moldovanın bütün ailələri və uşaqları üçün sülh və daha yaxşı gələcək təmin etməkdir. Yalnız Aİ-yə üzvlük bizim üçün belə bir gələcəyə təminat verə bilər. Mən parlamentdən xahiş edirəm gələn payızda vətəndaşların səsinin həlledici olacağı referendumun təşkilinə təşəbbüs göstərsin”, – Sandu bildirib.
Qeyd edək ki, dekabrın əvvəlində Avropa Şurası Ukrayna və Moldova ilə üzvlük danışıqlarına başlamaq qərarına gəlib. Üzvlük danışıqları ölkənin Aİ-yə qəbulu üçün konkret vaxt çərçivəsi təyin etmir, onlar istənilən müddət ərzində davam edə bilər. Məsələn, Türkiyənin qəbulu ilə bağlı danışıqlar 2005-ci ildə başlayıb və yaxın gələcəkdə onların başa çatması perspektivi yoxdur.
Sandu bildirib ki, Moldova 2030-cu ilə qədər Aİ-yə daxil olmaq üzrə danışıqları başa çatdırmağa hazırlaşır.