23 Noyabr 2024 20:34

İçərişəhərdə marionet sənətinə həsr olunmuş “Dialoq” adlı beynəlxalq sərgi açılıb – FOTO

Azadsöz.az xəbər verir ki, Bakı Fotoqrafiya Evində “İçərişəhər” Tarix-Memarlıq Qoruğu İdarəsinin tabeliyində fəaliyyət göstərən Bakı Marionet Teatrının 35 illik yubileyinə həsr olunmuş “Dialoq” adlı beynəlxalq sərgi açılıb.

Bu barədə  “İçərişəhər” Tarix-Memarlıq Qoruğu İdarəsindən məlumat verilib.

Bildirilib ki, keçirilən sərgidə məşhur gürcü rəssam, kukla ustası Baçana Xalvaşinin marionet və foto işləri, eləcə də Bakı Marionet Teatrı tərəfindən səhnələşdirilmiş “Leyli və Məcnun” tamaşasının marionetləri və dekorasiyaları nümayiş olunur. Ümumilikdə Bakı Fotoqrafiya Evində 20 foto və 12 marionet sərgilənir.

Sərgi 22 dekabr 2023-cü il tarixinədək Bakı Fotoqrafiya Evində ziyarətçilər üçün açıq olacaq.

 

Ankara escort İstanbul Travesti Shemale İstanbul