20 Sentyabr 2024 04:11

Hava ilə bağlı daha bir XƏBƏRDARLIQ

Azadsöz.az xəbər verir ki, ölkə ərazisində hava şəraitinin sərtləşəcəyi, xüsusən güclü külək əsəcəyi proqnozlaşdırılır. Bakı və Abşeron yarımadasında şimal küləyinin, rayonlarda qərb küləyinin güclü olması ehtimalı var.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat katibi İradə İbrahimovanın məlumatına  görə, bu səbəbdən daha ehtiyatlı davranmaq tövsiyə olunur:

“Hava məlumatlarını diqqətlə izləyin, gün ərzində küləyin güclənəcəyi proqnozunu unutmayın. Bir daha xatırladırıq ki, uşaqları nəzarətsiz buraxmayın, nəqliyyat vasitələrini iri gövdəli ağacların altında saxlamayın. Tikinti işləri gedən obyektlərin, reklam lövhələrinin, hündür ağacların, elektrik dirəkləri və naqillərin altında dayanmamaq məsləhətdir. Unutmayaq ki, ehtiyatlı davranmaq hər birimizin sağlamlığı və təhlükəsizliyi üçün vacibdir!”

kacakbahissitesi.net guvenilirkacakbahis.com">guvenilirkacakbahis.com