Azadsöz.az xəbər verir ki, Milli Şuranın üzvü Tofiq Yaqublu saxlanılıb.
Bu barədə onun yaxınları məlumat yayıb.
Bildirilib ki, Tofiq Yaqublu Nərimanov rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb və hazırda evində axtarış aparılır.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin əməkdaşı İbrahim Əmiraslanlı bildirib ki, Tofiq Yaqublunu Nərimanov rayon Polis İdarəsinin əməkdaşları saxlayıb, hazırda araşdırma aparılır.