Azadsöz.az xəbər verir ki, Almaniya Ukraynaya yeni hərbi yardım paketini təhvil verib. Buraya müxtəlif növ nəqliyyat vasitələri, mərmilər və dron əleyhinə sistemlər daxildir.
Bu barədə Almaniya hökuməti məlumat yayıb.
Yeni hərbi paketə dörd ədəd 8×8 HX81 traktor və onlar üçün yarımqoşqu, üç növ nəqliyyat vasitəsi (yük maşınları, mikroavtobuslar, bütün ərazi nəqliyyat vasitələri), sərhəd xidməti üçün iki avtomobil, beş dron aşkarlama sistemi, Radio Antena Mast sistemi, 3840 ədəd artilleriya sursatı, 25 ədəd lazer məsafəölçən, 15 HLR 338 snayper tüfəngi və onlar üçün 60 min patron daxildir.