Azadsöz.az xəbər verir ki, hadisə rayonun Qulabənd kəndində baş verib.
Kənd sakini 1993-cü il təvəllüdlü Səidə Fizuli qızı Əhmədova və övladı 2013-cü il təvəllüdlü Bahar Ayaz qızı Əhmədli yaşadıqları evdə dəm qazından zəhərləniblər.
Ana və övladı dərhal xəstəxanaya çatdırılıb. Tibbi müdaxilə nəticəsində onların vəziyyəti stabilləşib.