16 Sentyabr 2024 23:16

Yığmamızın püşkatmada yer alacağı səbət açıqlanıb

Azadsöz.az xəbər verir ki, UEFA Millətlər Liqasının 2024/2025-ci illər mövsümündə C Liqasında mübarizə aparacaq Azərbaycan yığmasının püşkatmada yer alacağı səbət açıqlanıb.

Hazırda baş məşqçisiz olan milli komanda Kosovo, Bolqarıstan və Farer adaları ilə birlikdə ikinci səbətə düşüb.

Püşkatma mərasimi 2024-cü il fevralın 8-də Fransanın paytaxtı Parisdə keçiriləcək.

Qeyd edək ki, Azərbaycan millisi ötən mövsüm də Millətlər Liqasının C Divizionunda çıxış edib.