27 İyul 2024 04:59

Bakıda şagirdin xəsarət alması ilə bağlı DİN-dən AÇIQLAMA

Azadsöz.az xəbər verir ki, paytaxtın Sabunçu rayonunda 90 saylı tam orta məktəb şagirdinin göz nahiyyəsindən xəsarət alması ilə bağlı polisə daxil olan məlumat araşdırılıb. 

DİN-in mətbuat xidmətinin məlumatına  görə,  araşdırmalarla şagirdin göz nahiyyəsində xəsarət faktında qəsd müəyyən olunmayıb. Müəyyən edilib ki, hadisə məktəbin akt zalında digər şagirdin ona dəyməsi nəticəsində baş verib. 

Bütün sorğular və aparılan araşdırmalarla məktəblinin hansısa formada qəsdə məruz qalması ilə bağlı iddialar təsdiqini tapmayıb.