Bununla bağlı mədəniyyət naziri Adil Kərimli müvafiq əmr imzalayıb.
Əmrə əsasən, Təranə Əbülfəz qızı Yusifova Beynəlxalq Muğam Mərkəzinin tabeliyində fəaliyyət göstərən Cahangir Cahangirov adına Xorun bədii rəhbəri vəzifəsinə təyin olunub.
Nazirin digər əmri ilə Mustafa Aşurov Beynəlxalq Muğam Mərkəzinin tabeliyindəki Səid Rüstəmov adına Xalq Çalğı Alətləri Orkestrinin baş dirijoru təyin olunub.
Xatırladaq ki, Baş nazir Əli Əsədovun bu ilin 31 oktyabr tarixində imzaladığı qərarla “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin S.Rüstəmov adına Xalq Çalğı Alətləri Orkestri və C.Cahangirov adına Xor ştat vahidləri ilə birlikdə Mədəniyyət Nazirliyinin tabeliyindəki Beynəlxalq Muğam Mərkəzinə verilib.