Azadsöz.az xəbər verir ki, Argentinada yeni prezident seçilib.
Argentinada keçirilən prezident seçkilərində sağçı siyasətçi Xavyer Miley qalib gəlib.
Miley Çin, Braziliya və Rusiya ilə əməkdaşlıqdan imtinanın tərəfdarıdır.
O, Mərkəzi Bankı ləğv etməyi planlaşdırır və milli valyutanın dollarla əvəzlənməsini təklif edir. Siyasətçi iqtisadi problemlərin həlli üçün büdcə xərclərini də ciddi şəkildə azaltmaq niyyətindədir.