Azadsöz.az xəbər verir ki, torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə yüksəlmiş Abdulcəmil Bilalovun şəhadətə qovuşmasından bu gün üç il ötür.Abdulcəmil Xəqani oğlu Bilalov 1997-ci il yanvarın 9-da Göyçay rayonunun Ləkçıplaq kəndində anadan olub.Abdulcəmil ailənin 3-cü övladı idi.Abdulcəmil uşaqlıqdan futbola bağlı uşaq idi. “Fənərbaxça” Futbol Klubunun azarkeşi olan Abdulcəmil həqiqi hərbi xidmətdən gəldikdən sonra həyətdəki uşaqlarla Ləkçıplaq komandası qurmuşdu. Kəndarası yarışlara qatılardı.2018-ci ilin iyul ayında evlənmişdi. Ahmet və Mustafa adında iki oğlu yadigar qalıb.
Abdulcəmil Bilalov 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsindən bir neçə ay əvvəl ağır yol qəzası keçirmişdir. Səfərbərliyə çağırsalar da keçirdiyi qəza səbəbindən orduya aparmaq istəməyiblər, ancaq Abdulcəmilin israrları ilə səfərbərliyə qatılıb və Ağdərə istiqamətində gedən döyüşlərdə iştirak edib.Son dəfə 15 oktyabrda ailəsi ilə danışmışdı. Suqovuşan istiqamətində şiddətli döyüşlər zamanı qolundan yara alsa da döyüşə davam edib.
O, 17 oktyabr döyüşlərdən qayıdarkən əsgər yoldaşları bir az sürətli getmələrini xahiş etsələr də, Abdulcəmil mən çox yorulmuşam, asta gedəcəm deyir. Əsgər yoldaşı bir az uzaqlaşandan sonra ətrafında minamyot partlayır və şəhidlik məqamına şəhadət şərbətini içənə kimi 11 erməni məhv edib.Noyabrın 1-də Ağdərə istiqamətində qəhrəmanlıq göstərərək şəhidlik zirvəsinə ucalıb. Şəhidimizin cənazəsi neytral zonada 35 gün qaldığı üçün uzun zaman dəqiq xəbər almaq mümkün olmamışdı.Nəhayət noyabrın 20-də cənazəsi neytral zonadan götürülərək ailəsinə təhvil verilib.Doğulduğu kənddə dəfn edilib.
Prezident İlham Əliyevin sərəncamına əsasən, Abdulcəmil Bilalov ölümündən sonra “Vətən uğrunda”, “Suqovuşanın azad olunmasına görə” və “Cəsur döyüşçü” medalları ilə təltif edilib.
Qeyd edək ki, şəhidimizin adına xatirə bulağı tikilib.Bununla yanaşı təhsil aldığı Göyçay rayon Ləkçıplaq kənd orta məktəbində sinfə şəhidimizin adı verilib.
Səbuhi Eltonlu
Gülşən Muradova
Zəka Nağıyev