Azadsöz.az xəbər verir ki, bu gün 44 günlük Vətən müharibəsində şəhid olan Maarif Rahim oğlu Həsənovun Göyçay Şəhidlər Xiyabanında məzarı önündə qeyd edildi.
Tədbirdə şəhidimizin təhsil aldığı Göyçay şəhər Rəsul Rza adına 1 saylı tam orta məktəbin müəllim kollektivi, şagirdlər, Azadsöz.az xəbər saytının və AzadSözAz televiziyasının kollektivi, şəhid ailələri, dindarlar, ağsaqqallar, ictimayyət nümayəndələri və şəhidin ailə üzvləri iştirak ediblər.
Şəhidin əziz xatirəsi ehtiramla yad olunub, məzarı üzərinə gül dəstələri düzülüb.
Mərasimdə çıxış edənlər şəhidimizin ailəsinə dərin hüznlə başsağlığı verib, Allahdan rəhmət və səbr diləyiblər.Bildiriblər ki, 2020-ci il sentyabrın 27-də başlayan və cəmi 44 gün davam edən Vətən müharibəsində – İkinci Qarabağ müharibəsində qazandığımız tarixi Qələbə Azərbaycan xalqının yaddaşına əbədi həkk olundu. Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusu tarixi Qələbə qazanaraq 30 il davam edən işğala son qoydu, ərazi bütövlüyünü bərpa etdi. Müzəffər Ali Baş Komandanın qətiyyətli iradəsi, müdrik siyasəti, ordumuzun əsgər və zabitlərimizin, hərbçilərimizin gücü sayəsində Azərbaycan hərb tarixinə qızıl hərflərlə yeni bir salnamə yazıldı.
Tədbirdə məktəblilər vətənpərvərlik mövzusunda şeirlər səsləndiriblər.
Sonda şəhidimizin adına ehsan süfrəsi verilib.
Xatırladaq ki, şəhid Həsənov Maarif Rahim oğlu 19.11.1999-cu il tarixdə Göyçay rayonunun Birinci Ərəbcəbirli kəndində anadan olmuşdur. 29 sentyabr 2020-ci il tarixdə qismən səfərbərlik üzrə hərbi xidmətə cəlb edilmişdir. 44 günlük Vətən müharibəsində Suqovuşan istiqamətində gedən döyüşlərdə qəhramancasına şəhid olmuşdur. 17 noyabr 2020-ci il tarixdə Göyçay şəhər Şəhidlər Xiyabanında dəfn olunmuşdur.
Ölümündən sonra Azərbaycan Respublikası Prezdentinin sərəncamı ilə “Vətən uğrunda”, “Cəsur döyüşçü” və “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif edilmişdir.
Səbuhi Eltonlu
Gülşən Muradova
Zəka Nağıyev