27 İyul 2024 07:35

Şəhid Mütalib Xudiyevin şəhadətə qovuşmasından üç il ötür-FOTO/VİDEO

Azadsöz.az  xəbər  verir ki, ərazi bütövlüyümüzün təmin olunması uğrunda qəhrəmancasına  şəhid olan Mütalib Xudiyevin  şəhadətə qovuşmasının üçüncü ildönümüdür. Xudiyev Mütalib Ələsgər oğlu  3 mart 1993-cü il tarixdə Göyçay rayonunun  Bəydövülü kəndində anadan olub.

Orta təhsilini başa  vurduqdan  sonra 2011-ci ildə həqiqi hərbi  xidmətə yollanıb. Hərbi xidmətdən gəldikdən sonra mülki işlərdə çalışıb.27 sentyabr 2020-ci il tarixdə başlayan  Vətən  müharibəsində  29 sentyabr 2020-ci ildə yenidən hərbi xidmətə çağrılıb.

Könüllü olaraq döyüşən gedən  Mütalib Xudiyev Cəbrayılın, Füzulinin, Zəngilanın, Qubadlının, Xocavəndin  və Şuşanın  azadlığı  uğrunda  döyüşlərdə  şücaət göstərib. 11 noyabr 2020-ci ildə Şuşa  istiqamətində döyüş tapşırığının yerinə yetirərkən  şəhid olub.Doğulduğu Bəydövül  kənd  qəbirstanlığında torpağa  tapşırılıb.

Prezident  İlham Əliyevin  sərəncamına  əsasən, Mütalib Xudiyev ölümündən sonra  “Vətən uğrunda”, “Xocavəndin azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”,  “Şuşanın azad olunmasına görə” , “Cəsur döyüşçü”   medalı  və 3-cü dərəcəli  “Vətənə xidmətə görə” ordeni  ilə  təltif edilib.

Səbuhi Eltonlu

Gülşən Muradova

Zəka  Nağıyev