27 İyul 2024 03:41

Prezidentdən Mir Şahin Ağayevlə bağlı SƏRƏNCAM

Azadsöz.az  xəbər  verir  ki, Mir Şahin Ağayev 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.

Bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb.

Sərəncama əsasən, Azərbaycan Respublikasında media sahəsində uzunmüddətli səmərəli fəaliyyətinə görə Mir Şahin Mirdilavər oğlu Ağayev 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.