27 İyul 2024 06:53

Şəhid Qüdrət Əzizovun şəhadətə qovuşmasının üçüncü ildönümü qeyd edildi-FOTOLAR

Azadsöz.az  xəbər  verir  ki, bu gün torpaqlarımızın ərazi bütövlüyü uğurunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olan Qüdrət Bəhruz oğlu Əzizovun  şəhadətə qovuşmasının üçüncü ildönümü Göyçay rayon  Bığır  kənd qəbirstanlığında şəhidin məzarı önündə qeyd olundu.

Tədbirdə rayon İcra Hakimiyyətinin başçısı Natiq Ağayev, RİH başçısı aparatının məsul şəxsləri, hüquq-mühafizə orqanlarının, rayonda fəaliyyət göstərən idarə, müəssisə və təşkilatların rəhbərləri,  Azadsöz.az xəbər saytının  və AzadSözAz televiziyasının kollektivi,  şəhid ailələri, dindarlar, ağsaqqallar,  kənd  sakinləri  və şəhidin ailə üzvləri iştirak ediblər.

Şəhidin əziz xatirəsi ehtiramla yad olunub, məzarı üzərinə gül dəstələri düzülüb.

Tədbirdə  çıxış  edənlər  şəhidimizin ailəsinə dərin hüznlə başsağlığı verib, Allahdan rəhmət və səbr  diləyiblər.Bildiriblər ki, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin və yenilməz Azərbaycan Ordusunun şücaəti nəticəsində 30 illik həsrətə son qoyularaq Azərbaycanın ərazi bütövlüyünün təmin olunmasının hər birimizdə sonsuz sevinc və böyük fəxarət hissləri yaratdı.Diqqətə çatdırıb ki, ölkə başçısının rəhbərliyi ilə həyata keçirilən siyasətin əsas istiqamətlərindən birini müharibə veteranlarının, əlillərinin, şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi, onların problemlərinin vaxtında həllinə nail olunması, hər cür qayğı ilə əhatə olunması təşkil edir.

Tədbirdə  məktəblilər vətənpərvərlik mövzusunda şeirlər səsləndiriblər.

Sonda  şəhidimizin  adına ehsan süfrəsi verilib.

Şəhidin ailə üzvləri göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya və rayon rəhbərliyinə öz minnətdarlıqlarını bildiriblər.

Xatırladaq ki,  şəhid  Əzizov Qüdrət Bəhruz oğlu 19.06.1997-ci il tarixdə Göyçay rayonunun Bığır kəndində anadan olmuşdur. 29 sentyabr 2020-ci il tarixdə qismən səfərbərlik üzrə hərbi xidmətə cəlb edilmiş, 10 noyabr 2020-ci il tarixdə Şuşa istiqamətində gedən döyüşlərdə qəhramancasına şəhid olmuşdur.

Ölümündən sonra Azərbaycan Respublikası Prezdentinin sərəncamı ilə “Vətən uğrunda”, “Döyüşdə fərqlənməyə görə”, “Füzulinin azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə” və “Şuşanın azad olunmasına görə” medalları ilə təltif edilmişdir.

Səbuhi Eltonlu

Gülşən Muradova

Zəka  Nağıyev