Azadsöz.az xəbər verir ki, Azərbaycan Respublikasının Energetika Nazirliyi “Hidrogenin istehsalı və ondan istifadə sahəsində potensialın öyrənilməsi və bu sahədə pilot layihələrə dair təkliflərin formalaşdırılması üçün məsləhətçi şirkətin cəlb edilməsinə dair” keçirilən təkliflər sorğusuna dəvət edir.
Elan rəsmi mətbuatda dərc olunub.
Müqaviləni yerinə yetirmək üçün müsabiqə iştirakçıları lazımi texniki, maliyyə imkanlarına və təcrübəyə malik olmalıdırlar.
İddiaçıların təklifləri 23 noyabr 2023-cü il Bakı vaxtı ilə saat 14:00-dək qəbul ediləcək. Təkliflər 24 noyabr 2023-cü il tarixində Bakı vaxtı ilə saat 14:00-da açılacaq.
Əlaqələndirici şəxs: Leyla Adıgözəlbəyova
Əlaqə nömrəsi: +(99412) 598 16 53/54 (daxili 1034)
E-mail: leyla.adigozelbeyova@minenergy.gov.az
Qeyd edək ki, “Advisian” məsləhətçi şirkətinin Avropa Yenidənqurma və İnkişaf Bankının dəstəyilə hazırladığı tədqiqat göstərir ki, formalaşmış emal, ammonyak və metanol bazarları və hidrogenə çevrilə biləcək təbii qazın bölüşdürülməsi üzrə geniş sistemlə Azərbaycan aşağı karbonlu hidrogen tələbatını ödəmək üçün böyük potensiala malikdir.
Hidrogen bu sahələri karbonsuzlaşdıra bilər. Böyük həcmdə bərpa olunan resurslara, eləcə də “Şahdəniz” yatağında təbii qaz ehtiyatlarına birbaşa çıxışa malik olan Azərbaycan həm “yaşıl”, həm də “mavi” hidrogenin hasilatı üçün qabaqcıl imkanlara malikdir. Bundan başqa, təbii qazın tədarükü üzrə mövcud infrastruktur olan Cənub Qaz Dəhlizi potensial olaraq ixrac məqsədilə hidrogeni təbii qazla qarışdırmağa imkan verəcək.