08 Sentyabr 2024 03:36

“Mənə dua edin ki, şəhid olum”: Şəhid Fərid Mövsümovun şəhadətə qovuşmasından üç il ötür-FOTO/VİDEO

Azadsöz.az  xəbər  verir  ki, bu gün torpaqlarımızın ərazi bütövlüyü uğurunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olan Fərid Mövsümovun  şəhadətə qovuşmasının üçüncü ildönümüdür.Fərid Zakir oğlu Mövsümov 19 sentyabr 1987-ci ildə Göyçay  şəhərində  anadan  olub.1993-cü ildə Göyçay rayon 3 saylı tam orta məktəbə  gedib və rus-dili  bölməsində oxuyub.Milliyətcə ləzgidir.

Şəhidimizin  atası Mövsümov  Zakir Qaflan oğlu polis baş leytenant, anası Süleymanova Rəfiqə Əlibala qızı isə müəllimə olub.Şəhidimizin anası  2008-ci ildə, atası  isə  2010-cu ildə xərçəng xəstəliyindən dünyasın dəyişib.Fərid Mövsümovun özündən savayı bir  qardaş və bir bacısı var.Qardaşı Zaur Mövsümov Yol quruculuğunda, bacısı Sevda Mövsümova  isə  Qazaxıstanda həkim vəzifəsində  çalışır.

Fərid Mövsümov  2020-ci il sentyabrın 27-də  başlayan  Vətən Müharibəsində könüllü  olaraq döyüşə yollanıb.Füzuli  rayonunun Qaraxanbəyli, Üçbulaq  kəndlərində gedən döyüşlərdə iştirak edib.Oktyabrın 30-da şəhid olub.Göyçayda Şəhidlər Xiyabanında dəfn olunub.

Prezident İlham Əliyevin  Sərəncamına əsasən Fərid Mövsümov ölümündən sonra “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə” və  “İgidliyə görə”  medalları  ilə təltif olunub.

Xatırladaq ki, Göyçayda küçələrdən birinə Fərid Mövsümovun adı  verilib. Təhsil  aldığı   Ziya Bünyadov adına 3 saylı tam orta məktəbin qarşısına barelyefi vurulub, sinif  otaqlarının biri şəhidimizin  adını  daşıyır.

Səbuhi Eltonlu

Gülşən Muradova

Zəka  Nağıyev

Fərid Mövsümov: Döyüşlərə könüllü olaraq yollan vətən övladı