08 Sentyabr 2024 03:32

Şəhid Azər Əliyevin şəhadətə qovuşmasından üç il ötür-FOTO/VİDEO

Azadsöz.az  xəbər  verir  ki, bu gün torpaqlarımızın ərazi bütövlüyü uğurunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olan  Azər Əliyevin  şəhadətə qovuşmasının üçüncü ildönümüdür. Azər Elnur oğlu Əliyev 21 mart 2002-ci ildə Göyçay rayonu Kürdşaban kəndində anadan olub.2008-2019-cu illərdə Kürdşaban kənd tam orta məktəbdə təhsil alıb.

Orta məktəbi  bitirdikdən sonra Bakı Idarəetmə və Texnologiya Kollecinə daxil  olub.Həqiqi hərbi xidmət  vaxtı  çatdığı üçün  təhsilini  yarımçıq qoyaraq, hərbi  xidmətə yollanıb.Hərbi xidmət zamanı tankçı peşəsinə  yiyələnib.

Azər Əliyev 2020-ci il sentyabrın 27-də   Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən Müharibəsində  iştirak  edib. 30 oktyabrda Füzuli rayonu uğrunda gedən döyüşlərdə  şəhid olub.Göyçay rayonu Kürdşaban kəndində dəfn olunub.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamlarına əsasən, Azər Əliyev ölümündən sonra “Vətən uğrunda” , “Füzuli rayonunun azad olunmasına görə” və  “Cəsur döyüşcü” medalları ilə təltif edilib.


Səbuhi Eltonlu

Gülşən Muradova

Zəka  Nağıyev