08 Sentyabr 2024 03:31

Mahaçqala hava limanı bağlandı-VİDEO

Azadsöz.az xəbər verir ki, Dağıstanda Mahaçqala hava limanı bağlanıb. 

Bu barədə Rusiya mətbuatı məlumat yayıb. 

“Naməlum şəxslərin Mahaçqala hava limanının uçuş-enmə zolağına daxil olması ilə əlaqədar gəliş və uçuş reyslərinə xidmət göstərmək üçün aeroportun müvəqqəti bağlanması barədə qərar qəbul edilib. Tədbirlər vəziyyət normallaşana qədər qüvvədədir. Hüquq-mühafizə orqanları hadisə yerindədir.  Mahaçqalaya eniş etməli olan təyyarələr alternativ hava limanlarına istiqamətlənib”, – deyə məlumatda bildirilir.