Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, hadisə nəticəsində “Mercedes”in sürücüsü F.Əmrahov və “VAZ-2106″ markalı nəqliyyat vasitəsində olan sərnişinlər İsmayıl Hamlet Həbib oğlu və Cəbrayılov Zamiq Vaqif oğlu ölüblər.”VAZ-2106”-nın sürücüsü S.Kərimov, eləcə də “Mercedes” markalı nəqliyyat vasitəsində olan sərnişin Əmrahov Ariz Fariz oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Faktla bağlı araşdırmalar aparılır.