19 Sentyabr 2024 06:06

Biləsuvarda yük və minik avtomobilləri toqquşub, xəsarət alanlar var

Azadsöz.az xəbər verir ki, hadisə rayonun Günəşli kəndi ərazisində qeydə alınıb.

Belə ki, rayonun İsmətli kənd sakini, Müqəddəs Babayevin idarə etdiyi “VAZ 21011” markalı minik avtomobili hərəkətdə olarkən yük avtomobili ilə toqquşub.

Qəza nəticəsində sürücü və avtomobildəki sərnişinlər – Xəyal Əliyev və Tural Abbasov müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Yaralılar Biləsuvar rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

kacakbahissitesi.net guvenilirkacakbahis.com">guvenilirkacakbahis.com