Azadsöz.az xəbər verir ki, Şamaxı Astrofizika Rəsədxanasından verilən xəbərə görə, bu tutulma qismən Ay tutulmasıdır.Tutulma saat 22:01-də başlayıb, saat 02:26-da isə sona çatacaq. Tutulmanın maksimumu saat 00:15-də qeydə alınacaq.
Qeyd edək ki, cari ilin son tutulma hadisəsini Avropa, Asiya, Avstraliya, Afrika, Şimali Amerika, Cənubi Amerikanın Şimal-Şərq hissəsi, Sakit okean, Atlantik okeanı, Hind okeanı, Arktika və Antarktidada, o cümlədən Azərbaycanda da müşahidə etmək mümkün olacaq.