Azadsöz.az xəbər verir ki, ABŞ-ın Energetika Nazirliyinin Milli Nüvə Təhlükəsizliyi İdarəsi yeni növ nüvə bombası istehsal edəcək.
Bu barədə Pentaqonun bəyanatında bildirilib.
Sənəddə qeyd olunub ki, Müdafiə Nazirliyi ABŞ-ın B61 nüvə bombasının təkmil versiyasını, sərbəst düşən B61-13-ü istehsal etmək niyyətindədir.