Azadsöz.az xəbər verir ki, hadisə 16-cı mikrorayonda yerləşən Corat bağları yaşayış massivində, fərdi yaşayış evində baş verib.
Belə ki, evə silahlı hücum zamanı ailənin 2 üzvü öldürülüb, yaralılar var.
Bu barədə Sumqayıt Şəhər Təcili Tibbi Yardım Xəstəxanasından məlumat verilib.
Bildirilib ki, klinikaya hadisədən zərər çəkən 4 nəfər xəstə daxil olub: “1958-ci il təvəllüdlü Sarıyev Mehman Mahmud oğlu, 1990-cı il təvəllüdlü Sarıyev Etibar Mahmud oğlu, 1960-cı il təvəllüdlü Fərəcova Tərlan Qulu qızı və Sərkan Karakaş adlı Türkiyə vətəndaşı. Onlara lazımı tibbi yardım göstərilir, vəziyyətləri ağıq olaraq qalır”.