Azadsöz.az xəbər verir ki, Azərbaycan və Ermənistan baş nazirləri Əli Əsədov və Nikol Paşinyan Tbilisidə üzbəüz görüşüblər.
Görüş Gürcüstanın baş naziri İrakli Qaribaşvilinin vasitəçiliyi ilə keçirilib.
Ermənistan və Azərbaycan tərəfləri bir neçə saat ərzində iki ölkə arasındakı münaqişəni üz-üzə müzakirə ediblər.
Daha sonra Gürcüstanın Baş naziri İrakli Qaribaşvili “Tbilisi İpək Yolu Forumu”nda iştirak edən nümayəndə heyətlərinin rəhbərlərini onların şərəfinə təşkil olunmuş qala-ziyafətdə qəbul edib.