29 Noyabr 2024 09:44

Dönərdən niyə zəhərlənirik? – ARAŞDIRMA

Azadsöz.az xəbər verir ki, dönər həm sərfəli, həm də tez hazır olduğu üçün vətəndaşların ən çox üstünlük verdiyi “fast food”lar sırasındadır. Lakin dönərdən zəhərlənmə hallarına da zaman-zaman rast gəlirik. Dönər ətlərində ən vacib məsələlərdən biri də son istifadə tarixidir. Belə ki, dönər əti hazırlanıb vitrinə qoyulduqdan sonra 24 saat ərzində istehlak edilməlidir. Ocaq yandırıldıqdan sonra 12 saat ərzində isə həmin dönər bitməlidir. Baş verə biləcək ən böyük problemlərdən biri də satılmayan dönərin ertəsi gün üzərinə toyuq əti əlavə edilərək satışa çıxarılmasıdır. Bu, zəhərlənməyə səbəb ola bilər. Bundan başqa, dönərin əti bişmədən götürülsə, zəhərlənmə baş verə bilər. Həddindən artıq yemək də kanserogen təsir göstərə bilər.

Dönərçi şəxsi gigiyena qaydalarına böyük diqqət yetirməli, maska, önlük kimi fərdi qoruyucu vasitələrdən istifadə etməlidir. Eyni zamanda, saç,saqqal və dırnaqlara da diqqət yetirilməlidir.

Ucuz satmaq üçün dönərlərə dəri qatılır, onunla başqa ətlər də qarışdırıla bilər. Toyuq və ətin kilosunun qiymətinə baxmaq lazımdır.

Sanitar qaydalara riayət edilməyən obyektlərdə, yol kənarlarında satılan dönərlərdən zəhərlənmə ehtimalı böyükdür. Dönər kimi qidalara daha çox tələbə və şagirdlər üstünlük verir. Lakin zaman-zaman dönərdən zəhərlənmə faktları qeydə alınır.

Belə ki, Binə qəsəbəsində 24 şagird dönərdən zəhərlənib.

Bəs dönər alarkən nələrə diqqət edilməlidir?

Məsələ ilə bağlı sağlam qidalanma üzrə mütəxəssis Məhsəti Hüseynova açıqlamasında bildirib ki, peraşkilər, dönərlər, bulkalar və digər məhsullar hazırda ən çox risk qrupuna daxil olan qidalardır.

“Ehtiyac olmadıqca bu qidalardan istifadə edilməsi məsləhət deyil. Dönər kimi qidaların hazırlanmasında bəzən mənşəyi bəlli olmayan, ucuz, xəstə heyvan ətlərindən istifadə olunur. Bəzən dönər üçün istifadə edilən ətlər açıq şəkildə saxlanılır. Belə olduqda ət sağlam olsa belə, çirklənməyə məruz qalır. Bu, çox riskli faktordur. Hətta ət sağlam olsa belə, saxlanma qaydası pozulursa, ətin mikrobioloji və kimyəvi dəyişikliyinə səbəb olur.

Bu məhsulların satışını təşkil edən şəxs də sanitar-gigiyena qaydalarına mütləq əməl etməlidir. Qaydalara əməl edilməzsə, dönər kimi məhsullar fiziki çirklənməyə məruz qalır ki, belə qidanı qəbul edən insanlarda heyvandan insana yoluxan bir çox xəstəliklər, mikrob və viruslar orqanizmə daxil olaraq həzm sisteminin pozulmasına və zədələnməsinə səbəb olur. Xüsusilə bağırsaq mikroflorasının pozulmasına səbəb olur. Bundan başqa, belə qidaları istehlak edən şəxslərin qarın boşluğunda ağrı və şişkinlik yaranır. Bu da həmin qidaların ağır həzm olunmasından irəli gəlir.

Ekspert qeyd edib ki, belə qidaları hər gün qəbul edən 25 yaşa qədər insanlarda təhlükə iki dəfə artır.

“Çünki həmin insanlar inkişaf prosesində olur. Bu yaşda insanlar mütləq şəkildə keyfiyyətli qidalar qəbul etməlidir. Ayayaqüstü, tez hazırlanan qidaların hazırlanmasında kimyəvi maddələrdən istifadə olunur. Belə qidalarda monosodium qlutamat və mononatrium qlutamatın sintetik mənşəlisindən istifadə edilir. Bu maddə çin duzu kimi tanınır. Çin duzu birbaşa olaraq asılılıq yaradır və ağızdakı ənənəvi dadı məhv edir. Həmin qidaları qəbul etdikdə dərhal toxluq və tez bir zamanda aclıq hiss edilir. Bu cür insanların orqanizmində piylənmə yaranır”, – deyə o qeyd edib.

Ankara escort İstanbul Travesti Shemale İstanbul