30 Noyabr 2024 11:35

İcra Hakimiyyəti Gəncədə küçəyə atılan azyaşlılarla bağlı məlumat yayıb

“Nənələri tərəfindən tərk edilmiş körpələr Gəncə Şəhər İcra Hakimiyyətinin nəzarətinə götürülüblər”.

Azadsöz.az xəbər verir ki, bu barədə Gəncə Şəhər İcra Hakimiyyətindən daxil olan məlumatda bildirilib:

“21 Oktyabr 2023-cü il tarixində səhər saatlarında Gəncə şəhərində yaşayan Mehriban Ramiz qızı Cəlilova qəyyumu olduğu 05.04.2021-ci il təvəllüdlü oğul nəvəsini Gəncə Şəhər İcra Hakimiyyətinin inzibati binasının qarşısında tərk edib gedib. Bir neçə dəqiqə sonra 16.07.2023-cü il təvəllüdlü qız nəvəsini də gətirərək İcra Hakimiyyəti əməkdaşlarına verib.

Gəncə Şəhər İcra Hakimiyyəti başçısı Aparatının, Gəncə Şəhər Baş Polis İdarəsinin İctimai Təhlükəsizlik İdarəsinin Yetkinlik yaşına çatmayanlarla profilaktiki işin təşkili bölməsinin və Sosial Xidmətlər Agentliyinin Gəncə-Daşkəsən regional filialının əməkdaşlarının iştirakı ilə təcili tibbi yardım çağırılıb və hər iki uşaq Akt əsasında “Gəncə Şəhər Birləşmiş Xəstəxanası” PHŞ-nin Uşaq Xəstəxanasına yerləşdirilib.

Uşaqların anası İlahə Natiq qızı Cəlilovanın narkotik aludəçisi olduğu, yaşadıqları evin tam şəraitsizliyi, ailənin sosial durumunun ağırlığı və nənənin uşaqlara baxmaq istəməməsi nəzərə alınaraq, Gəncə Şəhər İcra Hakimiyyəti tərəfindən uşaqların sosial müəssisəyə yerləşdirilməsi ilə bağlı onlayn məlumat Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəsmi səhifəsində yerləşdirilib.

Ankara escort İstanbul Travesti Shemale İstanbul