20 Sentyabr 2024 01:57

Şəhid Sənan Məmmədovun şəhadətə qovuşmasının üçüncü ildönümü qeyd edildi-FOTOLAR

Azadsöz.az xəbər verir ki, torpaqlarımızın ərazi bütövlüyü uğurunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olan Məmmədov Sənan Tehran oğlunun  şəhadətə qovuşmasının üçüncü ildönümü Çaxırlı kənd qəbirstanlığında şəhidin məzarı önündə qeyd olundu.

Tədbirdə rayon İcra Hakimiyyətinin başçısı Natiq Ağayev, RİH başçısı aparatının məsul şəxsləri, hüquq-mühafizə orqanlarının, rayonda fəaliyyət göstərən idarə, müəssisə və təşkilatların rəhbərləri, Azadsöz.az xəbər saytının  və AzadSözAz televiziyasının kollektivi,  şəhid ailələri, dindarlar, ağsaqqallar, kənd  sakinləri  və şəhidin ailə üzvləri iştirak ediblər.

Şəhidin əziz xatirəsi ehtiramla yad olunub, məzarı üzərinə gül dəstələri düzülüb.

Anım  mərasimində çıxış  edənlər  şəhidimizin ailəsinə dərin hüznlə başsağlığı verib, Allahdan rəhmət və səbr diləyiblər.Vurğulayıblar  ki, 44 günlük Vətən müharibəsində  Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında şanlı Azərbaycan Ordusunun qazandığı tarixi Qələbə dövlətimizin qüdrətinin bütün dünyaya nümayişi oldu. Azərbaycanın 44 günlük müharibədə qazandığı tarixi uğur bütün dünyaya sübut etdi ki, Azərbaycan güclü dövlətdir və güclü ordusu var. Müzəffər Ordumuzun 2020-ci ilin 27 sentyabrında başlayan Zəfər yürüşü 10 noyabrda böyük tarixi Qələbə ilə nəticələndi.Ölkə Prezidentinin “Qarabağ Azərbaycandır!” fikrini əldə rəhbər tutan igid Vətən oğulları döyüş meydanında göstərdikləri qəhrəmanlıqlarla hərb tariximizə yeni salnamə yazdılar. Bütün dünyaya isə Azərbaycan dövlətinin və ordusunun gücünü, qüdrətini bir daha nümayiş etdirdilər.

Tədbirdə  məktəblilər vətənpərvərlik mövzusunda şeirlər səsləndiriblər. 

Sonda  şəhidimizin  adına ehsan süfrəsi verilib.

Şəhidin ailə üzvləri göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.

Xatırladaq  ki, Məmmədov Sənan Tehran oğlu  2000-ci il iyulun 27-də Bakı  şəhəri, Sabunçu rayonunda  anadan olub.İlk  təhsilini  81  saylı  tam  orta  məktəbdə  alıb.Yeddinci sinifdə oxuyarkən ailəsi ilə birgə  Göyçay rayonunun Çaxırlı kəndinə köçərək  təhsilini burda  davam etdirib.

2020-ci il sentyabrın 27-də başlayan  Vətən müharibəsi zamanı Xocavənd, Füzuli  və Hadrut istiqamətində  döyüşlərə  qatılıb.Oktyabrın 21-də  Xocavənd uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub.Çaxırlı kəndində  dəfn  olunub.

Prezident  İlham Əliyevin sərəncamına  əsasən  Sənan Məmmədov ölümündən sonra “Vətən uğrunda” və “Xocavəndin azad olunmasına görə”  medalları  ilə təltif edilib.

Səbuhi Eltonlu

Gülşən Muradova

Zəka  Nağıyev

 

 

kacakbahissitesi.net guvenilirkacakbahis.com">guvenilirkacakbahis.com