20 Sentyabr 2024 01:51

Səfərbərlik Xidmətinin hərbi qulluqçularının maaşında dəyişiklik edildi

Azadsöz.az xəbər verir ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin hərbi qulluqçularının aylıq vəzifə maaşlarının məbləğləri”ndə dəyişiklik edilib.

Bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.

Qərara əsasən, “Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin hərbi qulluqçularının aylıq vəzifə maaşlarının məbləğləri”ndə dəyişiklik təsdiq edilib. Lakin məxfi olduğu üçün əlavələrin məbləği açıqlanmayıb.

Maliyyə Nazirliyi Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin hərbi qulluqçularının aylıq vəzifə (tarif) maaşlarının məbləğlərində olan dəyişikliklə əlaqədar tələb olunan vəsaitin ödənilməsi məqsədilə müvafiq tədbirlərin həyata keçirilməsini təmin etməlidir.

kacakbahissitesi.net guvenilirkacakbahis.com">guvenilirkacakbahis.com