20 Sentyabr 2024 05:29

Elan: Himayədar ailə haqqında məlumat

Azadsöz.az xəbər verir ki, Qanunvericilik aktlarına əsasən himayədar ailə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə himayədar valideyn olmaq istəyən şəxs (şəxslər) arasında uşağın himayədar ailəyə verilməsinə dair müqavilə əsasında yaranır.
Himayədar ailənin yaranması 3 mərhələdə həyata keçirilir:
 Himayədar valideyn olmaq istəyən şəxsin (şəxslərin) uçota alınması;
 Himayədar ailəyə verilmənin uşağın mənafeyinə uyğunluğunun müəyyən olunması;
 Nazirlik ilə himayədar valideyn olmaq istəyən şəxs (şəxslər) arasında müqavilənin bağlanması.
Kimlər himayədar valideyn ola bilər:
 Müvafiq qanunvericiliyə əsasən aşağıda qeyd olunan Azərbaycan vətəndaşları himayədar valideyn ola bilər:
 yetkinlik yaşına çatmış hər iki cinsdən evli və ya subay olan,
 ən azı ümumi orta təhsilli olan və qanunvericilikdə qeyd edilən xəstəlikləri olmayan
 ağır və ya xüsusilə ağır cinayətlərə görə məhkumluğu olmayan,
 Azərbaycan Respublikasının ərazisində daimi yaşayan.
 Bununla yanaşı, uşaqların öz qohumlarına himayədar ailəyə verilməsi halı istisna olmaqla, ailədə adambaşına düşən orta aylıq gəlir ailə üzvlərinin hər biri üçün (himayədar ailəyə veriləcək uşaqlar istisna olmaqla) ölkə üzrə müəyyən olunmuş yaşayış minimumunun məbləğindən, yaşayış sahəsinin adambaşına düşən ümumi sahəsi isə qanunla müəyyən edilmiş yaşayış sahəsinin ayrılma normasından az olmamalıdır.
Himayədar ailələrə sosial dəstək
 Qanunvericiliklə yeni müavinət növü təsis edilməklə, himayədar ailələr himayəyə götürdükləri hər uşağın (o cümlədən 18 yaşınadək əlilliyi müəyyən edilmiş uşağın) tərbiyə edilməsinə görə aylıq müavinət nəzərdə tutulub:
• 0-6 yaş – 355 AZN;
• 7-13 yaş – 375 AZN;
• 14-18 yaş – 395 AZN.
Əlilliyi müəyyən edilmiş uşaqlar üçün:
• 0-6 yaş – 395 AZN;
• 7-13 yaş – 415 AZN;
• 14-18 yaş – 435 AZN.
Həmin uşaqlara mövsümi geyim alınması üçün birdəfəlik müavinət (hər rübdə 200 manat) də veriləcək.
kacakbahissitesi.net guvenilirkacakbahis.com">guvenilirkacakbahis.com