20 Sentyabr 2024 05:33

“Threads”də növbəti iki yenilik

Azadsöz.az xəbər verir ki, “Threads”ə paylaşımların redaktə edilməsi funksiyası əlavə edilib.

Məlumata görə, “Meta” şirkətinin CEO-su Mark Zukerberq şirkətin “X” analoqu olan “Threads”ə paylaşımların redaktə edilməsi funksiyasının əlavə edildiyini anons edib.

İstifadəçilər öz postlarını paylaşdıqdan sonrakı 5 dəqiqə ərzində bu funksiya sayəsində onları redaktə edə biləcəklər. Qeyd etmək lazımdır ki, “X”də paylaşımların redaktə edilməsi funksiyası yalnız aylıq abunəliyə qoşulmuş istifadəçilər üçün aktivdir. “Threads”də isə sözügedən funksiya hamı üçün aktiv olacaq.

Bununla yanaşı, “X”dən fərqli olaraq “Threads”də paylaşımların redaktə olunması tarixçəsi görünməyəcək. Bundan əlavə olaraq “Threads” üçün “Voice Threads” adlı funksiya da anons edilib. Adından da bəlli olduğu kimi, yeni funksiya “Threads”də səsli paylaşımların əlavə edilməsini mümkün edəcək.

Səsin yazılmasından sonra sistem onun üçün uyğun başlığı tərtib edəcək. Lakin istifadəçi öz istəyinə uyğun olaraq tərtib edilmiş başlığı redaktə edə biləcək. Yeni funksiyalar yaxın zamanda hamı üçün “Threads”in həm mobil tətbiqində, həm də veb versiyasında istifadəyə veriləcək.

kacakbahissitesi.net guvenilirkacakbahis.com">guvenilirkacakbahis.com