Azadsöz.az xəbər verir ki, 14 oktyabr 2023-cü il tarixdə rayon İcra Hakimiyyəti başçısının kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliklərinin dəstəyi ilə rayonda iməclik keçirilib.
Keçirilən iməclikdə respublika əhəmiyyətli Bakı-Şamaxı-Yevlax avtomobil yolunun və şəhərin Heydər Əliyev prospektinin qərb hissəsində yolların kənarları kol-kosdan, alaq otlarından, suvarma arxları lil və çöküntülərdən təmizlənib.
Qeyd edək ki, ekoloji tarazlığın qorunması, eyni zamanda təbiətə qayğı hissinin güclənməsi baxımından rayonda təmizlik işləri gündəlik olaraq aparılır.
Səbuhi Eltonlu
Gülşən Muradova
Zəka Nağıyev