20 Sentyabr 2024 10:44

Şəhid Xəyal Həsənovun şəhadətə qovuşmasının üçüncü ildönümü qeyd edildi-FOTOLAR

Azadsöz.az xəbər verir ki, torpaqlarımızın ərazi bütövlüyü uğurunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olan Xəyal  Zeynəddin oğlu Həsənovun şəhadətə qovuşmasının üçüncü ildönümü  Qaraman kənd qəbirstanlığında şəhidin məzarı önündə qeyd olundu.

Tədbirdə rayon İcra Hakimiyyətinin başçısı Natiq Ağayev, RİH başçısı aparatının məsul şəxsləri, hüquq-mühafizə orqanlarının, rayonda fəaliyyət göstərən idarə, müəssisə və təşkilatların rəhbərləri, şəhid ailələri, dindarlar, ağsaqqallar, kənd  sakinləri   və şəhidin ailə üzvləri iştirak ediblər.

Şəhidin əziz xatirəsi ehtiramla yad olunub, məzarı üzərinə gül dəstələri düzülüb.

Anım günündə  çıxış  edənlər  şəhidimizin ailəsinə dərin hüznlə başsağlığı verib, Allahdan rəhmət və səbr diləyiblər.Bildiriblər  ki, Rəşadətli Azərbaycan Ordusu 2020-ci ilin 27 sentyabrında başlayan İkinci Qarabağ müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında müasir hərb tarixi üçün nümunə olan əsl qəhrəmanlıq dastanı yazdı. Azərbaycan xalqının 30 illik Vətən həsrətinə, yurd, el-oba niskilinə 44 gündə son qoyuldu.

Hər bir Azərbaycan vətəndaşı  vətəninin qəhrəmanlarını tanımalı  olduğunu  və  onların keçdiyi həyat yolundan çox şeyləri öyrənmələrini diqqətə  çatdırıblar. Şəhidlik zirvəsinə ucalanların xatirəsini yaşatmaq, onları gəncliyə nümunə göstərmək bizim mənəvi borcumuz  olduğunu  vurğulayıblar.

Tədbirdə  məktəblilər vətənpərvərlik mövzusunda şeirlər səsləndiriblər. 

Sonda  şəhidimizin  adına ehsan süfrəsi verilib.

Şəhidin ailə üzvləri göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.

Xatırladaq  ki, Şəhid Həsənov Xəyal Zeynəddin oğlu 16.04.2002-ci il tarixdə Göyçay rayonunun Qaraman kəndində anadan olmuşdur. 26.05.2020-ci il tarixdə həqiqi hərbi xidmətə cağrılmışdır. 14 oktyabr 2020-ci il tarixdə Suqovuşan istiqamətində gedən döyüşlərdə qəhramancasına şəhid olmuşdur.

Ölümündən sonra Azərbaycan Respublikası Prezdentinin sərəncamı ilə “Vətən uğrunda”, “Suqovuşanın azad olunmasına görə” və “Laçının azad olunmasına görə” medalları ilə təltif edilmişdir.


Səbuhi Eltonlu

Gülşən Muradova

Zəka  Nağıyev


 

kacakbahissitesi.net guvenilirkacakbahis.com">guvenilirkacakbahis.com