Azadsöz.az xəbər verir ki, Yeni Azərbaycan Partiyası (YAP) Göyçay rayon təşkilatının inzibati binasında Prezident İlham Əliyevin ilk dəfə Azərbaycan Respublikasının Prezidenti seçilməsinin 20-ci ilinə həsr olunmuş “ 20 ildə Azərbaycanı Zəfərə aparan Sərkərdə” adlı elmi-praktik konfrans keçirilib.
Əvvəlcə ulu öndərin büstü önünə gül dəstələri düzülüb, dahi rəhbərə əbədi ehtiramlarını ifadə ediblər.
Konfrans Ulu Öndər Heydər Əliyevin və şəhidlərin əziz xatirələrinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
YAP Göyçay rayon təşkilatının sədri Sahib Şükürov çıxışında siyasi proseslərə nəzər salaraq, ölkəmizin son 20 ilində qazandığı möhtəşəm nailiyyətlərindən, uğurlarından, Azərbaycan Respublikasının Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuzun yazdığı Zəfər səhifəsindən bəhs edib. S.Şükürov əsrə bərabər 20 ilin zirvəsində işğal altındakı torpaqlarımızın azad olunması, ərazi bütövlüyümüzün bərpası ilə nəticələnmiş Vətən müharibəsi dayandığını vurğulayıb.
Göyçay rayon Ağsaqqallar Şurasının sədri Xəlil Orucov bildirib ki, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılmış Qarabağ Zəfər xalqımızın qəhrəmanlıq tarixinə qızıl hərflərlə yazılıb. Məhz Prezident İlham Əliyevin sayəsində Azərbaycan qalib ölkəyə, xalqımız qalib xalqa çevrilib.
Sonra çıxış edən rayon Veteranlar Şurasının sədri Atəş Salahov Ulu öndə Heydr Əliyevin müəyyən ediyi düşünülmüş siyasətdən, bu siyasəti dövrün tələblərinə uyğun olaraq uğurla davam etdirən möhtərəm prezident cənab İlham Əliyevin sayəsində son 20 ildə Azərbaycanın bütün sahələrdə əldə etdiyi ugurlardan, ölkədə görülə misilsiz işlərdən bəhs edib.
Daha sonra çıxış edən partiya fəalları Firəngiz Məmmədyarova, Səbinə Qurbanova, Coşqun İsmayılov çıxış edəərk bildirlər ki, Prezident İlham Əliyev Azərbaycana rəhbərlik etdiyi 20 il ərzində ölkədə bütün sahələr dinamik inkişaf edib. Ötən 20 ilə dövlətimizin başçısı xalqa verdiyi bütün vədləri yerinə yetirib.
Sonda xatirə fotosu çəkdirilib.