Azadsöz.az xəbər verir ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla Fransa prezidenti Emmanuel Makron arasında telefon danışığı olub.
Bu barədə Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsi məlumat yayıb.
Məlumata əsasən, telefon danışığı zamanı bölgədəki humanitar vəziyyət, sülhün təmin edilməsi istiqamətində görülən işlər və günü-gündən intensivliyi artan İsrail-Fələstin münaqişələri çərçivəsində atılacaq addımlar müzakirə edilib.
Prezident Ərdoğan Qəzzada günahsız mülki vətəndaşlara qarşı insan haqlarının pozulmasının qəbuledilməz olduğunu, Türkiyənin onlara yardım etmək üçün səy göstərdiyini, xüsusilə Qərb ölkələrinin gərginliyi azaltmaq üçün addımlar atmalı olduğunu vurğulayıb.