29 Noyabr 2024 16:58

Xalq artistinin polkovnik oğlu vəzifəsindən azad EDİLDİ

Azadsöz.az xəbər verir ki, Xalq artisti, “Şöhrət” ordenli mərhum Ağaxan Abdullayevin oğlu Xoşbəxt Abdullayev Dövlət Gömrük Komitəsindəki (DGK) vəzifəsindən kənarlaşdırılıb.

O, işdə verdiyi nöqsana görə əvvəlcə töhmət alıb, sonra isə pensiyaya göndərilib.

Gömrük polkovniki rütbəsini daşıyan X. Abdullayev uzun müddət DGK-nın baş inspektoru vəzifəsində çalışıb.

Qeyd edək ki, Xoşbəxt Abdullayev 90-cı illərdə müğənni kimi tanınıb. Həmin dövrdə bir neçə məşhur mahnıların müəllifi olub. Sonradan səhnədən uzaqlaşaraq, gömrük sistemində işə başlayıb.

Xatırladaq ki, Ağaxan Abdullayev 2016-cı ilin dekabrın 25-də dünyasını dəyişib. (Bakupost.az)

Ankara escort İstanbul Travesti Shemale İstanbul