Azadsöz.az xəbər verir ki, İsrailin Sderot şəhərinin meri Alon Davidi baş nazir Binyamin Netanyahuya sakinlərin təxliyyə edilməsi xahişi ilə müraciət edib.
Şəhər administrasiyası rəhbərinin sözlərini “Kan” dövlət televiziya və radio şirkəti yayımlayıb .
“Hökumət başçısı, ordumuz öz döyüş tapşırıqlarını təhlükəsiz yerinə yetirə bilməsi üçün onun bütün sakinləri Sderotdan uzaqlaşdırılmalıdır. İnsanlar 20 ildir burada yaşayırlar, onlar təxliyə olunmağa layiqdirlər”, – Davidi deyib.
Qeyd edilir ki, Sderot Fələstinin radikal HƏMAS hərəkatının daha çox atəşinə məruz qalır.