29 Noyabr 2024 10:51

Şuşada İqtisadi Əməkdaşlıq Təşkilatının xarici işlər nazirləri Şurasının iclası keçirilir (FOTO)

Azadsöz.az  xəbər  verir  ki,  Şuşa şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının Nazirlər Şurasının 27-ci iclası keçirilir.
Tədbirdə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və İqtisadi Əməkdaşlıq Təşkilatının XİN başçıları iştirak edir.

Qeyd edək ki, İqtisadi Əməkdaşlıq Təşkilatı (İƏT) hökumətlərarası təşkilat kimi, 1985-ci ildə Türkiyə, İran və Pakistan tərəfindən yaradılıb. 1992-ci il noyabrın 28-də 7 ölkə İƏT-ə qoşulub və hazırda təşkilatın 10 üzv ölkəsi var: Azərbaycan, Əfqanıstan, İran, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Pakistan, Tacikistan, Türkiyə, Türkmənistan.

İqtisadi Əməkdaşlıq Təşkilatının Xarici İşlər Nazirləri Şurasının Şuşa şəhərində keçirilən 27-ci iclası Azərbaycanın 2023-cü ildə İƏT-ə sədrliyi çərçivəsində həyata keçirilir. Azərbaycanın təşəbbüsü ilə Təşkilatın bu ilki mövzusu “Yaşıl keçid və qarşılıqlı bağlantılar”dır.

İclasda 6 ölkənin iştirakı xarici işlər naziri (Azərbaycan, Türkiyə, Qazaxıstan, Pakistan, Tacikistan, Özbəkistan) səviyyəsində baş tutur.

İclas çərçivəsində nazir Ceyhun Bayramovun açılış nitqi və bəyanatı, üzv və müşahidəçi ölkələrin, beynəlxalq tərəfdaşlar və İƏT-in ixtisaslaşmış qurumlarının nümayəndələrinin bəyanatları, iclasın gündəliyində duran digər məsələlərin müzakirəsi keçiriləcək.

Yekunda Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov və İƏT baş katibi Xusrav Nozirinin iştirakı ilə mətbuat konfransının keçirilməsi nəzərdə tutulur.

Ankara escort İstanbul Travesti Shemale İstanbul