Azadsöz.az xəbər verir ki, Fələstinin HƏMAS radikal qruplaşmasının hücumları nəticəsində yaralanan İsrail vətəndaşlarının sayı 2616 nəfərə çatıb.
Bu barədə İsrailin Səhiyyə Nazirliyi məlumat yayıb.
“Səhiyyə Nazirliyi 2616 yaralının olduğunu, onlardan ən azı 357-nin vəziyyətinin ağır olduğunu bildirir. Son bir neçə saat ərzində ən azı 578 nəfər xəstəxanalara müraciət edib, onların vəziyyəti ağırdır. Onlardan 157-nin vəziyyəti kritik qiymətləndirilir. Onu da qeyd edək ki, son bir saat ərzində tibb müəssisələrinə daxil olan zərərçəkənlər hazırda müayinədən keçirilir, onların xəstəxanaya yerləşdirilməsi ilə bağlı qərar hələ qəbul edilməyib”, – deyə məlumatda qeyd olunur.