30 Noyabr 2024 01:56

Fələstinə yardımlar dayandırılır – Aİ

Azadsöz.az xəbər verir ki, Avropa Komissiyası fələstinlilərin ən böyük donoru olaraq, inkişaf sahəsində ümumi 691 milyon avro dəyərində bütün layihələr portfelini təkrar gözdən keçirir.

Bu barədə Avropa İttifaqının (Aİ) Qonşuluq və Genişlənmə üzrə Komissarı Oliver Varhelyi özünün “X” sosial şəbəkəsindəki səhifəsində məlumat verib.

“İsrailə və onun xalqına qarşı terrorun və qəddarlığın miqyası dönüş nöqtəsidir. Bütün maliyyələşdirmə dərhal dayandırılacaq”, – o yazıb.

Varhelyi nəzərdə tutulan layihələrin gözdən keçiriləcəyini, eyni zamanda, bütün yeni, o cümlədən, 2023-cü il üzrə büdcə təkliflərinin gələcək bildirişlərə qədər təxirə salınacağını əlavə edib. Eyni zamanda, bütün portfelin hərtərəfli qiymətləndirilməsi aparılacaq.

Xatırladaq ki, oktyabrın 7-də səhər saatlarında İsrail ərazisi Qəzza zolağından raket atəşinə tutulub. Nəticədə 700-dən çox adam ölüb, 2 315 nəfər yaralanıb. İsrail ordusu “müharibə hazırlığı vəziyyəti” elan edib və cavab olaraq “Dəmir Qılınclar” əməliyyatına başladığını bildirib.

Ankara escort İstanbul Travesti Shemale İstanbul