13 Oktyabr 2024 17:44

İsrail Qəzzada Milli İslam Bankını VURDU

Azadsöz.az xəbər verir ki, İsrail döyüş təyyarələri Qəzzanın mərkəzindəki Ər-Rimal rayonundakı Milli İslam Bankının qərargahını vurub.

HƏMAS-ın Qəzza zolağından atdığı raketlər və İsrailin daxilinə girib vətəndaşlarının girov götürülməsi və öldürülməsinin ardından İsrail rəsmiləri rəsmi müharibə elan edib, döyüş təyyarələrini havaya qaldırıb.

Yerli mənbələrdən alınan məlumata görə, İsrail döyüş təyyarələri Qəzzanın mərkəzindəki Ər-Rimal rayonundakı Milli İslam Bankının qərargahını vurub.

Hücum yerinə yaxın vətəndaşlara məxsus ev və mülklərə böyük ziyan dəyib, bombardman nəticəsində bölgədə yanğın baş verib.

Qəzzadakı Fələstin banklarından biri olan Milli İslam Bankı Mərkəzi Bank kimi fəaliyyət göstərən Fələstin Valyuta Təşkilatına bağlı olmayan Həmas tərəfindən idarə olunan bir strukturdur.

grandpashabet alefbahis istanbul travesti