22 May 2024 07:05

Prezident İlham Əliyevin Gürcüstana işgüzar səfəri başa çatıb

Azadsöz.az xəbər verir ki,  Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Gürcüstana işgüzar səfəri oktyabrın 8-də başa çatıb.

Azərbaycanın və Gürcüstanın Dövlət bayraqlarının dalğalandığı Tbilisi şəhərinin Şota Rustaveli Beynəlxalq Hava Limanında Prezident İlham Əliyevin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Azərbaycan Prezidentini Gürcüstanın Baş naziri İrakli Qaribaşvili yola saldı.