Qarabağda sülhməramlıların daha iki müşahidə məntəqəsi bağlandı

Azadsöz.az xəbər verir ki, Azərbaycan ərazisində müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlılarının daha iki daimi müşahidə məntəqəsi bağlanılıb.
Bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Qeyd edək ki, Rusiya sülhməramlıları oktyabrın 6-da 3, 7-də daha bir müşahidə məntəqəsini bağlayıblar.