Azadsöz.az xəbər verir ki, İsrail Qəzza zolağı ətrafında fövqəladə vəziyyət elan edib.
Bu barədə ölkənin “The Times of Israel” nəşri yazıb.
Bildirilir ki, İsrailin müdafiə naziri Yoav Qallant Qəzza zolağı ətrafında 80 km radiusda yerləşən ərazilərdə fövqəladə vəziyyət elan edib. Bu zonaya Tel-Əviv və Beerşeba kimi böyük şəhərlər daxildir.
Xatırladaq ki, bu gün səhər saatlarından etibarən İsrailə raket hücumu davam edir.