Prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib, digər zəruri istintaq hərəkətləri aparılıb.  

Hazırda qeyd edilən faktla bağlı Tərtər rayon prokurorluğunda araşdırma aparılır.
 

***

21:23

Azadsöz.az xəbər verir ki, oktyabrın 6-da  saat 20:30 radələrində Tərtər rayonunun Həsənqaya kəndi ərazisində kənd sakini 1986-cı il təvəllüdlü Zaməddin Həsənlinin minaya düşməsi barədə polisə məlumat daxil olub.

DİN Mətbuat Xidmətinin məlumatından bildirilib ki, Z.Həsənli minaya düşməsi nəticəsində ayağından xəsarət alıb. O, dərhal xəstəxanaya çatdırılıb.

Araşdırma aparılır.