20 Sentyabr 2024 10:39

Azərbaycanın Türkiyədəki səfirliyinin tabeliyində Mədəniyyət Mərkəzi yaradılır-SƏRƏNCAM

Azadsöz.az xəbər verir ki, Ankara şəhərində Azərbaycanın Türkiyədəki səfirliyinin tabeliyində Mədəniyyət Mərkəzi yaradılır.

Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.

Sərəncam Azərbaycan mədəniyyətinin, tarixinin və dilinin təbliği işini genişləndirmək məqsədi daşıyır.

Nazirlər Kabinetinə Mədəniyyət Mərkəzinin fəaliyyətinin təmin edilməsi ilə bağlı zəruri tədbirlər görmək tapşırılıb.

kacakbahissitesi.net guvenilirkacakbahis.com">guvenilirkacakbahis.com