20 Sentyabr 2024 01:31

Xankəndi və Xocavənddə 2 aqrometeoroloji stansiya quraşdırılacaq

Azadsöz.az xəbər verir ki, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında 11 hidrometeoroloji, 5 meteoroloji stansiya var.

Bunu Milli Hidrometeorologiya Xidmətinin rəisi Nazim Mahmudov bildirib. Onun sözlərinə görə, gələcəkdə Xankəndi, Xocavənd və digər ərazilərdə 2 aqrometeoroloji stansiyanın quraşdırılması planlaşdırılır:

“Bu stansiyalar sözügedən ərazilərdə kənd təsərrüfatı sahəsinin, ümumilikdə iqtisadiyyatın inkişafına öz töhfəsini verəcək”.

kacakbahissitesi.net guvenilirkacakbahis.com">guvenilirkacakbahis.com