Azadsöz.az xəbər verir ki, Almaniya hakimiyyəti Ukraynanı əlavə hava hücumundan müdafiə sistemləri ilə təmin etmək niyyətindədir.
Bu barədə Bloomberg mənbələrə istinadən məlumat yayıb.
Almaniya Ukraynaya əlavə IRIS-T hava hücumundan müdafiə sistemi və 10-dan çox Gepard zenit silahı göndərəcək. Qeyd olunur ki, bu silahlar Ukrayna ordusuna bu ilin sonuna qədər çatacaq.
Əlavə IRIS-T sistemləri istehsal olunduqca çatdırılacaq.
Oktyabrın 2-də Almaniya kansleri Olaf Şolz bildirib ki, o, NATO ilə Rusiya arasında daha da gərginliyin qarşısını almaq üçün Ukraynaya silah tədarükü ilə bağlı qərarları diqqətlə nəzərdən keçirir.